
BAKI, 1 aprel. TELEQRAF
Cümhuriyyət Xalq Partiyasının (CHP) vətəndaşları küçə aksiyalarına çağırışları ictimai asayiş üçün təhlükəlidir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“CHP-nin son günlər başlatdığı, bəzi televiziya kanalları tərəfindən dəstəklənən, ciddi şüursuzluq və dözümsüzlük nümunəsi olan küçə aksiyalarına çağırışlar Türkiyənin çox təhlükəli bir prosesə sürüklənməyə çalışıldığını göstərir. Belə çağırışlar ictimai asayişi təhdid edən nəticələrə səbəb ola biləcək xarakter daşıyır. Bu, ictimai asayişi pozmağa yönəlib.
Bunun demokratiya və azadlıqların həyata keçirilməsi naminə edildiyi iddia edilsə də, bu, qeyri-demokratik axtarışların təzahürüdür və heç vaxt səmimi və məsum deyil”, - MHP lideri vurğulayıb.