
BAKI, 29 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrənin ilk turunun bu gün daha iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, XXVIII turun ikinci oyun günündə ilk matçda “Neftçi” öz meydanında “Araz Naxçıvan”ı qəbul edəcək. Paytaxt klubu son 3 görüşdə qələbə qazanmayıb. “Araz-Naxçıvan” isə son 2 oyunda meydandan qalib ayrılıb.
Günün son oyununda “Sumqayıt” yerli azarkeşləri qarşısında “Sabah”la qarşılaşacaq. Qonaqlar son 2 görüşdən qolsuz ayrılıb. “Sumqayıt” son 3 ev oyununda rəqib qapısına yol tapıb.
Qeyd edək ki, turun açılış oyununda dünən Tovuzda “Qarabağ” yerli “Turan Tovuz”u böyük hüsabla (4:1) udub. Turun digər iki oyunu sabah keçiriləcək.
29 mart (şənbə)
16:45 “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”
19:00 “Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu