BAKI, 31 mart. TELEQRAF

ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı imzalanması gözlənilən saziş Afrika ölkələri ilə bağlanan müstəmləkəçilik sazişlərinə bənzəyir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu saziş ABŞ-nin Ukraynanın təbii sərvətlərinə çıxışını XIX əsrdə Belçikanın Konqo üzərindəki istismarına bənzəyir. Yeni layihəyə əsasən, Ukrayna 120 milyard dollardan çox yardımın əvəzində ABŞ-yə xüsusi fond vasitəsilə ölkənin neft və qaz ehtiyatlarının yarısına, bütün metallara və infrastrukturlarına nəzarət verəcək. Bu, o cümlədən dəmir yolları, limanlar, boru kəmərləri və fabrikləri əhatə edir", - məlumatda deyilir.

Qeyd edək ki, əvvəlki saziş ABŞ ilə Ukraynanın Ağ Evdəki görüşü zamanı yaşanan qalmaqal səbəbindən uğursuzluğa uğramışdı.