BAKI. 31 mart. TELEQRAF

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycanın kişi şahmatçılarından Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 2 pillə geriləyib.

Hazırda 40 yaşlı qrossmeyster 2748 xalla 13-cü pillədə qərarlaşıb.

2692 xala malik Teymur Rəcəbov 4 pillə enib. 38 yaşlı şahmatçı 2692 xalla 39-cu yerdə gedir.

Azərbaycanın "100-lüy"ə düşən son təmsilçisi Rauf Məmmədov da əvvəlki mövqeyini 2 pillə əldən verib. 2657 xala malik 37 yaşlı iti zəka ustası 2657 xalla 69-cudur.

Qadınlardan isə siyahıya 4 şahmatçı düşüb. Onlardan Gövhər Beydullayeva 2400 xalla 45-ci, Günay Məmmədzadə 2390 xalla 53-cü, Ülviyyə Fətəliyeva 2387 xalla 57-ci, Xanım Balacayeva 2358 xalla 85-cidir. Beydullayeva və Məmmədzadə 2 pillə gerilədikləri halda, Fətəliyeva və Balacayeva mövqelərində qalıblar.

Norveçli Maqnus Karlsen 2837 xalla kişilərin, çinli Yifan Hou 2633 xalla qadınların reytinq siyahısına başçılıq edir.

Yeniyetmə oğlanların reytinq siyahısında isə Aydın Süleymanlı 2617 xalla 11-ci pillədə qərarlaşıb. 20 yaşlı qrossmeyster 3 pillə geriləyib.