
BAKI, 29 mart. TELEQRAF
Almaniya Bundesliqasının 27-ci turunun açılış oyununda “Bayer Leverkuzen” öz meydanında “Bohum” üzərində asan qələbə qazanıb (3:1).
Teleqraf xəbər verir ki, Xabi Alonsonun baş məşqçisi olduğu klub qələbə sayəsində lider “Bavariya”ya yaxılaşıb.
Hazırda “Bayer” 59 xalla (27 oyun) 2-ci yerdədir. Rəqibindən bir oyun az keçirən “Bavariya” 62 xalla vahid liderdir. Münhenlilər martın 29-da öz meydanlarında “Sankt-Pauli”ni qəbul edəcək.