BAKI, 28 mart. TELEQRAF

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin heyətində yer aldığı “Boluspor” klubu Türkiyənin 1-ci liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Bolu təmsilçisi 31-ci turun oyununda öz meydanında “Bandirmaspor”la heç-heçə edib – 0:0.

İsgəndərli oyuna 77-ci dəqiqədə daxil olub.

Öz meydanında qələbə qazana bilməyən “Boluspor” 45 xalla 8-ci yerdədir. 51 xalı olan “Bandirmaspor” isə 4-cü sırada mövqe tutub.