TOVUZ. 28 mart. TELEQRAF

"Turan Tovuz" klubu üçün yeni baza inşa olunacaq.

Teleqraf xəbər verir ki, baza Tovuz çayının kənarında yerləşəcək. Bunun üçün 2 hektar ərazi ayrılıb.

Burada komandanın əvəzedici və aşağı yaş qruplarından ibarət komandalarının məşq edib-oynaya bilmələri üçün futbol meydançası da salınacaq.

Klub rəhbərliyi və AFFA nümayəndələri bu gün həmin əraziyə baxış keçiriblər.