BAKI, 31 mart. TELEQRAF

Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü ilə bağlı paylaşıb edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"107 il əvvəl erməni quldur dəstələri tərəfindən vəhşicəsinə soyqırıma məruz qalmış Azərbaycan türk qardaşlarımızın xatirəsini ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının dərdini ürəkdən paylaşırıq".