
BAKI, 31 mart. TELEQRAF
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 23 yaşlı İ.Vəliyev saxlanılıb. Onun üzərindən 1 kiloqrama yaxın psixotrop maddə tiryək aşkarlanaraq götürülüb.
Qeyd edilib ki, araşdırma aparılır.