
BAKI, 26 fevral. TELEQRAF
Futbol üzrə İtaliya Kubokunda daha bir 1/4 final görüşü başa çatıb.
Teleqraf xəbər verir ki, Milan şəhərindəki "Cuzeppe Meatsa" stadionunda "İnter" "Latsio"nu qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Avstriya millisinin hücumçusu Marko Arnautoviç 39-cu, Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlu 77-ci dəqiqədə vurub.
Yarımfinalda "İnter" "Milan"la qarşılaşacaq. 1/4 final səddini adlayan "Bolonya" isə finala gedən yolda "Yuventus" - "Empoli" matçının qalibinə rəqib olacaq.
Qeyd edək ki, İspaniya Kubokunun son qalibi "Yuventus"dur.