BAKI, 26 fevral. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov Qətərin paytaxtı Dohada ABŞ ilə danışıqlar barədə açıqlama verib.

Teleqraf xəbər verir ki, o, Rusiya və ABŞ nümayəndə heyətlərinin səfirliklərin işinin normallaşdırılmasına dair danışıqlar üçün fevralın 27-də İstanbulda görüşəcəklərini bildirib.

“Yüksək səviyyəli diplomatlarımız və ekspertlərimizin Ər-Riyadda bir araya gəldiyini və ABŞ-nin keçmiş administrasiyasının Rusiya səfirliyinin fəaliyyətinə maneə yaradan qanunsuz addımları nəticəsində yığılan sistemli problemləri müzakirə etdiklərini bildirmişdik. Analoji görüş sabah İstanbulda keçiriləcək”, - Lavrov deyib.