BAKI, 26 fevral. TELEQRAF

"Ukrayna ABŞ-nin etibarını itirib və bunun əvəzini ödəyəcək".

Teleqraf xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko öz "Facebook" səhifəsində paylaşımında qeyd edib.

Siyasətçi vəziyyətin kritik olduğunu deyib.

"G7 ölkələri ümumi razılığa gələ bilmədilər, ABŞ və İsrail Ukrayna qətnaməsinin əleyhinə səs verdi. Bu, son aylarda Kiyevə olan inamın itirilməsinə səbəb oldu", - Poroşenko bildirib.

Keçmiş prezident Kiyevlə münaqişə səbəbindən ABŞ-nin yeni rəhbərliyinin Ukraynanın mövqeyini nəzərə almadan qərarlar qəbul edəcəyindən narahatlığını ifadə edib.

Poroşenko vurğulayıb ki, Kiyev etibarının itirilməsinin əvəzini ödəməli olacaq.