BAKI, 26 fevral. TELEQRAF

ABŞ Kosmik Qüvvələri raket əleyhinə müdafiə sistemi olan "Qızıl Qübbə"nin yaradılması məsələsi üzərində işləyəcək komanda yaradır.

Teleqraf xəbər verir ki, bu barədə "Defense One" nəşri məlumat yayıb.

“Kosmik Qüvvələrin hazırkı proqramlarından biri də "Qızıl Qübbə” müdafiə sisteminin yaradılmasıdır”, - nəşr bildirib.

“Defense One”ın məlumatına görə, işçi qrup bir neçə həftə ərzində müdafiə sisteminin layihəsini hazırlayacaq.

Pentaqonun sözçüsü nəşrə bildirib ki, təşəbbüs rəsmi olaraq “Qızıl Qübbə” adlanır.