
BAKI, 26 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) fəaliyyətləri barədə hesabat verməkdən imtina edən məmurları işdən çıxarmaqla hədələyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə brifinqdə danışıb.
"DOGE ABŞ federal agentliyinin işçilərinə həftə ərzində gördükləri işlər haqqında hesabat tələb edən e-poçt göndərdi. Hesabat beş bənddən ibarətdir. Məqsədlərdən biri bu məmurların hətta mövcud olub-olmadığını öyrənməkdir", -Tramp deyib.