BAKI, 24 fevral. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun təxirə salınmış son oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, son anda ertələnən “Zirə” – Kəpəz” görüşü ilə tura yekun vurulacaq.

Fevralın 23-də Zirə İdman Kompleksində keçirilməli olan görüş intensiv qarın futbol oynamaq üçün əlverişsiz vəziyyət yaratması səbəbindən baş hakim Rauf Cabarovun qərarı ilə təxirə salınıb.

Qarlı hava şəraiti davam etdiyindən, bu gün saat 16:00-a ertələnən görüşün baş tutub-tutmayacağı hələlik sual doğurur. Hər şeyə oyun ərəfəsində aydınlıq gələcək.

Xatırladaq kİ, Gəncə klubu “qartallar”ı son 14 oyunda məğlub edə bilməyib, axırıncı 4 oyunun hamısında isə uduzub. “Kəpəz” 19 xalla 9-cu, “Zirə” isə 42 xalla 3-cü pillədədir.

Azərbaycan Premyer Liqası, XXIV tur

16:00. "Zirə" – "Kəpəz"

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Zirə İK stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı, "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlubiyyətə uğradıb - 1:0. “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçə edib.