ŞAMAXI. 23 fevral. TELEQRAF

"İstədiyimiz nəticə deyildi. Qol vurmaq üçün şanslarımız oldu".

Teleqraf xəbər verir ki, bunu "Şamaxı" komandasının qapıçısı Rikardo Fernandes evdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı qolkiper bildirib ki, yaratdıqları fürsətlərdən maksimum yararlanmaq üçün gələcək qarşılaşmalarda hücumda artırmaları lazımdır: "Bəli, bizim daha çox epizodumuz var idi. Lakin bu oyun artıq bitib, "Turan Tovuz"la matçı düşünməyin mənası yoxdur. Qarşıda daha çox oyunumuz və toplanası daha çox xalımız var".

Hazırda 21 xalla 8-ci yerdə gedən "Şamaxı" növbəti turda səfərdə 18 xalla sonuncu pillədəki "Səbail"in qonağı olacaq. Fernandes martın 3-də "ASCO Arena"da keçiriləcək oyunda yaxşı nəticə əldə etməyə çalışacaqlarını bildirib: "Səfər oyununda sərfəli nəticədən ötrü əlimizdən gələni edəcəyik".