BAKI, 24 fevral. TELEQRAF

Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlardan yanlış dərslər çıxarıla bilər.

Teleqraf xəbər verir ki, bu sözləri Yaponiyanın Baş naziri Şiqeru İşiba G7 ölkələrinin sammitindən sonra jurnalistlərə açıqlamasında deyib: “Biz ehtiyatlı olmalıyıq ki, məsələ status-kvonun güc yolu ilə dəyişdirilə biləcəyi kimi anlaşılmasın"

İşiba, həmçinin Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün G7 ölkələrinin birlik nümayiş etdirməyə davam etməli olduğunu vurğulayaraq əlavə edib: "Yaponiya tərəfi öz növbəsində Rusiyayaya qarşı sanksiya siyasətini dəstəkləməyə davam edəcək".