
BAKI, 24 fevral. TELEQRAF
FETÖ terror təşkilatına qarşı Türkiyənin 31 vilayətində həyata keçirilən "Kıskaç-40" əməliyyatı çərçivəsində İstanbulda tutulan 20 şübhəlidən 19-u ədliyyəyə sövq edilib.
Teleqraf Türkiyə mətbuatına istindla xəbər verir ki, İstanbulda FETÖ-nün maliyyə quruluşunu hədəf alan dönər restoranlar şəbəkəsinə qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan 20 şübhəlinin saxlanılması ilə əməliyyat tamamlanıb.
Şübhəlilərdən biri xəstəlik səbəbi ilə buraxılıb.
Xatırladaq ki, daxili işlər naziri Ali Yerlikaya fevralın 21-də sosial media hesabında FETÖ-yə qarşı 31 vilayətdə eyni vaxtda həyata keçirilən “Kıskaç-40” əməliyyatında dönər restoranlar şəbəkəsi vasitəsilə təşkilata maliyyə yardımı etdiyi müəyyən olunan 10-u məmur olmaqla, 353 şübhəlinin tutulduğunu açıqlamışıdı.