BAKI, 5 oktyabr. TELEQRAF

“Təhsil əlçatan, keyfiyyətli və bərabər imkanlı olmalıdır. Biz bu üç xüsusiyyət üçün çalışırıq”.

Teleqraf xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da deyib.

O bildirib ki, Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatı olan PISA-da Bakı şəhərinin nəticələri yaxşılaşıb: “Burada müəllimlərin əməyini xüsusi vurğulamaq istərdim. Biz anlamalıyıq ki, təhsil təkcə müəllim deyil, əməkdaşlıqdır.

Müəllimlər Günü ilə bağlı gözəl sözlər deyilməlidir. Ancaq gözəl sözlər qulaq üçündür. Bizim iki seçimimiz var: bir-birimizi tərifləmək və özünütənqid etmək. Məncə, ikincisi ilə daha yaxşı nəticələr əldə edə bilərik. Təhsilin mahiyyəti şagirdlə bağlıdır. Son 10 ildə bəzi fənlərdə köklü irəliləyiş var”.