BAKI, 5 oktyabr. TELEQRAF

İspaniya Baş naziri Pedro Sançes noyabrın 29-da növbədənkənar parlament seçkiləri təyin edib.

Teleqraf xəbər verir ki, İspaniya lideri bunu mətbuat konfransında açıqlayıb.

“Bu səhər Nazirlər Şurasının fövqəladə iclasını çağırmaq qərarına gəldim. Qərara əsasən, parlament buraxılır və qanuni müddətə uyğun olaraq noyabrın 29-da seçkilər təyin edilir”, - Sançes bildirib.