MİNGƏÇEVİR, 5 oktyabr. TELEQRAF

Mingəçevirdə 46 yaşlı Qasım Quliyev arvadı Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib.

Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Həşimova Aygün Həşim qızı boşandığı əri tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili xəstəxanaya çatdırılıb.

Qasım Quliyev daha sonra könüllü şəkildə polisə təslim olub.