BAKI, 5 oktyabr. TELEQRAF
“Oxu bütün bacarıqların anasıdır. Ancaq təəssüf ki, ölkələrin çoxunda oxu bacarıqları aşağı düşüb”.
Teleqraf xəbər verir Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatı olan PISA-nın yaradıcısı Andreas Şleyxer Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.
O bildirib ki, süni intellekt dövründə bu bacarıq önəmlidir və tənqidi düşüncə üçün əsasdır:
“Təəssüf ki, insanlarda bu bacarıqlar daha aşağı səviyyədədir. Ola bilər ki, proqramlar çətindir, bu, bir prosesdir.
İnsanlar öz potensialını daha da artırmalıdır. Güclü pedaqoji təhsil insan bacarıqlarını inkişaf etdirir”.