BAKI, 5 oktyabr. TELEQRAF

Yəmən Silahlı Qüvvələri Zübab bölgəsində Bab əl-Məndəb boğazına nəzarət edən qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) mövqelərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilib ki, Yəmən ordusu Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən bölgəyə nəzarəti geri alıb.