BAKI, 25 sentyabr. TELEQRAF
Orta ixtisas təhsilində boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.
Teleqraf xəbər verir ki, ixtisas seçimi sentyabrın 27-si saat 23:59-dək aparılacaq.
Boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır. Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində isə ümumi balı 40-dan az olmayan, fənlər üzrə bal məhdudiyyəti tətbiq edilməyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər iştirak edə bilərlər.
İxtisas seçimi internet vasitəsilə aparılır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçərək onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməli və ərizəni təsdiqləməlidirlər.
Qeyd edək ki, sentyabrın 25-i saat 09:15-ə olan məlumata görə, 1356 abituriyent ərizəsini təsdiqləyib. Onlardan 1222-si Azərbaycan bölməsi, 134-ü isə rus bölməsi üzrədir.