BAKI, 5 oktyabr. TELEQRAF

Azərbaycan cüdoçusu Ruslan Paşayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

Teleqraf xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan idmançı 1/16 final mərhələsində Türkmənistan təmsilçisi Serdar Rəhimovu mübarizədən kənarlaşdırıb.

R.Paşayev rəqibinə qalib gələrək 1/8 final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da çıxış edəcək.