BAKI, 5 oktyabr. TELEQRAF

Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Teleqraf xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində rusiyalı Ramazan Abdullayevlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan N.İmranov yarışda çıxışını başa vurub.

Qeyd edək ki, cüdoçumuz bundan əvvəlki 1/32 final mərhələsində Gürcüstan təmsilçisi Vaja Marqvelaşvilini məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.

***

10:35

Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında növbəti mərhələyə yüksəlib.

Teleqraf xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz növbəti mərhələyə yüksəlib.

O, 1/16 finalda rusiyalı Ramazan Abdullayevlə görüşəcək.

66 kq çəkidə digər təmsilçimiz Turan Bayramov Finlandiyadan olan Lukas Sahaya uduzub.