BAKI, 5 oktyabr. TELEQRAF

Cari ilin ilk 9 ayında sümük iliyi transplantasiyasına ehtiyac duyan şəxslərin sayı 130-dan çox olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müraciət edənlər arasında beta-talassemiya və digər talassemiya formaları üzrə göstəricilər bir-birinə yaxındır.

Qeyd edilib ki, sümük iliyi transplantasiyasına ehtiyac duyan xəstələr arasında uşaqlar üstünlük təşkil edir.