BAKI, 16 sentyabr. TELEQRAF

“2007–2015-ci illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 327 gəncimiz Türkiyənin 20 aparıcı universitetində təhsil alıb”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Universitetində (TAU) keçirilən “Bilik günü” tədbirində elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqlayıb.

Hazırda 2022–2028-ci illəri əhatə edən xaricdə təhsil üzrə Dövlət Proqramı həyata keçirilir və 197 gəncimiz Türkiyənin 11 aparıcı universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alır”.