BAKI, 6 oktyabr. TELEQRAF
Azərbaycanda 1870 tələbə bakalavriat səviyyəsi üzrə ödənişsiz təhsil almaq hüququ əldə edib.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Buna görə müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.