BAKI, 5 oktyabr. TELEQRAF

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin bir qrup təhsil işçisi təltif edilib.

Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bəzi təhsil işçiləri “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə mükafatlandırılıblar.