BAKI, 20 sentyabr. TELEQRAF

“Sumqayıt” növbəti transferini həyata keçirib.

Klubdan Teleqraf-a verilən məlumata görə, “kimyaçılar” amerikalı basketbolçu Elayca Hatçins-Everetti heyətinə qatıb.

23 yaşlı oyuçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-nin “Ostin Pey Qovernors” klubunda karyerasına başlayan Elayca 2 il sonra “Siton Holk Payrats” komandasına keçib. O, ötən mövsüm “Ceyms Meddison Daks” kollektivinin üzvü olub.

Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.