BAKI, 25 avqust. TELEQRAF
Azərbaycan Badminton Federasiyasında yeni təyinat olub.
Teleqraf federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Əjdər Cəfərov prezident Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.
Cəfərov Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.