BAKI, 22 avqust. TELEQRAF

"Neftçi" basketbol klubu növbəti transferini açıqlayıb.

Klubdan Teleqraf-a verilən məlumata görə, "ağ-qaralar" Camal Beyi sıralarına qatıb.

Amerikalı basketbolçu ilə bir illik müqavilə imzalanıb. 2001-ci il təvəllüdlü, 1.98 metr boya malik idmançı kollec karyerasını ABŞ-də "Vaşinqton Haskis" (NCAA) komandasında keçirib. O, son mövsümünü isə NBA G Liqasında – Nyu-Yorkun "Vestçester Niks" klubunda çıxış etməklə başa vurub.