BAKI, 22 avqust. TELEQRFA

"Sabah" basketbol klubu yeni transferini açıqlayıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "bayquşlar" Hüseyn Məmmədovu heyətinə cəlb edib.

İki metr boyu olan 2008 təvəllüdlü basketbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Hüseyn Məmmədov 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüdür.