BAKI, 19 may. TELEQRAF

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Badminton Federasiyasından Teleqraf-a verilən məlumata görə, 25-31 avqustda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.

Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu qoşası və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi Azərbaycanı dünya çempionatında təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.