BAKI, 31 avqust. TELEQRAF

“Futbolçularımı təbrik edirəm. Azlıqda qalmağımıza baxmayaraq, vacib 3 xal qazandıq. Bu gün rəqibimizi daha yaxından tanıdıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, hər zaman stadiona gəlib bizi dəstəkləyirlər”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt”ı məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis Kadi Borqesin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasına da münasibət bildirib:

"Tvente" ilə oyunda qırmızı vərəqə yox idi. Amma bugünkü epizodda qırmızı vərəqə verilməli idi. Kadi ilə söhbətim oldu. Nə qədər sakitləşdirməyə çalışsam da, futbolçularda belə emosional anlar olur”.