BAKI, 31 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Teleqraf xəbər verir ki, turun son matçında “Sumqayıt” “Qarabağ”ı qəbul edib.

Gərgin keçən qarşılaşmada Ağdam klubu meydanda azlıqda qalıb. Komandanın 20 nömrəli futbolçusu Kadi Borqes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Buna baxmayaraq, qonaqlar “gənclik şəhəri” təmsilçisini 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın yeganə qolunu “atlılar”ın heyətində Jali Muaddib vurub.