BAKI, 16 avqust. TELEQRAF

İran ordusunun komandanı Əmir Hatəmi ABŞ qoşunlarının ölkə ərazisinə müdaxiləsi halında hər bir əsir götürülən və ya öldürülən ABŞ hərbçisinə görə mükafat veriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət teleradio şirkəti məlumat yayıb.

Hatəmi bildirib ki, “maliyyə kampaniyasında” iştirakla bağlı çoxsaylı müraciətləri nəzərə alaraq müvafiq plan hazırlanıb.

Onun sözlərinə görə, ABŞ hərbçisini öldürən və ya əsir götürərək İran hakimiyyətinə təhvil verən hər bir şəxsə İran İslam Respublikası Ordusunun zəmanəti ilə 30 min ABŞ dolları və ya 50 milyard rial məbləğində mükafat veriləcək.

Komandan əlavə edib ki, belə bir addım atan “cəsur iranlı qadınlar” üçün mükafatın məbləği ikiqat olacaq.