BAKI, 16 avqust. TELEQRAF
İsrail Müdafiə Ordusu Qəzza zolağında “İslami Cihad” qruplaşmasının üzvü və HƏMAS-ın silahlı qanadının üzvünə qarşı hava zərbələri endirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu Qəzza zolağının Xan-Yunis bölgəsində “İslami Cihad” üzvünə, Nuseyrat bölgəsində isə HƏMAS üzvünə zərbələr endirib.
İsrail ordusunun açıqlamasında həmin şəxslərin hücumlar həyata keçirdiyi və yaranan təhlükənin aradan qaldırılması məqsədilə dəqiq hava zərbələrinin endirildiyi bildirilib.
Mətbuat xidməti qeyd edib ki, zərbələrdən əvvəl mülki əhaliyə dəyəcək zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb.