BAKI, 16 avqust. TELEQRAF
Rusiya ordusunun səhər və gecə saatlarında Kiyev, Kremençuk, Krivoy Roq və digər regionlara endirdiyi hava zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib, ölənlər və yaralananlar var.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.
O bildirib ki, hücumlar zamanı Krivoy Roqda 2 nəfər həlak olub, 14 nəfər yaralanıb. Kiyev və vilayətində 6 nəfər xəsarət alıb, Sumıda isə 1 nəfər ölüb. Dövlət başçısının sözlərinə görə, Rusiya bu həftə Ukraynanın 13 vilayətini vurub. Həmin müddətdə ölkə üzrə 1550-dən çox hücum PUA-sı, 1560-a yaxın aviasiya bombası və 62 raket buraxılıb.
Ukrayna Prezidenti bildirib ki, Rusiya ballistik raketlərlə əsasən mülki infrastrukturu hədəfə alır və hava hücumundan müdafiənin gücləndirilməsinin vacib olduğunu vurğulayıb