BAKI, 16 avqust. TELEQRAF
Moskva və Moskva vilayəti ötən gecə son zamanların ən böyük dron hücumlarından birinə məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Moskva şəhərinin mer Sergey Sobyanin və vilayət qubernatoru Andrey Vorobyov məlumat paylaşıb.
S.Sobyaninin sözlərinə görə, ötən axşamdan bəri paytaxt istiqamətində 600-ə yaxın PUA uçub və onların 201-i Moskva regionunda məhv edilib.
A.Vorobyov isə PUA-lardan birinin Podolskdakı "Koledino" industrial parkında yerləşən "Wildberries" anbarına, digərinin isə Domodedovoda dərman anbarına düşdüyünü bildirib. İnsident nəticəsində ərazilərdə yanğınlar baş verib.