BAKI, 16 avqust. TELEQRAF
İran və Oman Hörmüz boğazından gəmilərin keçəcəyi marşrutu təsdiqləyib, lakin bəzi məsələlər üzrə müzakirələr hələ də davam edir.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai deyib.
Baqai bildirib ki, Tehran və Maskat Hörmüz boğazından gəmilərin keçməsi üçün marşrutu razılaşdırıb. Bununla yanaşı, bəzi məsələlərin hələ müzakirə mərhələsində olduğunu qeyd edib.
Avqustun 5-də İran XİN-in nümayəndəsi İsmayıl Baqai İran və Oman arasında Hörmüz boğazından keçəcək yeni marşrutun coğrafi koordinatlarının razılaşdırıldığını açıqlamışdı.