BAKI, 16 avqust. TELEQRAF
Türkiyənin Sakarya vilayətində sahildə şübhəli obyekt aşkar edilib və araşdırma zamanı onun pilotsuz uçuş aparatının qalıqları olduğu müəyyənləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Nefes” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, yerli sakinlər ölkənin şimal-qərbində yerləşən Sakarya vilayətinin sahilində şübhəli obyekt görüblər. Bundan sonra onlar polisə məlumat veriblər.
Qəzetin məlumatına görə, aşkar edilən pilotsuz uçuş aparatında partlayıcı maddə olmayıb.
Bu, son 24 saat ərzində Türkiyədə aşkarlanan üçüncü pilotsuz uçuş aparatının qalıqlarıdır.