BAKI, 16 avqust. TELEQRAF
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn daxil olmaqla ABŞ-nin Fars körfəzindəki müttəfiqləri Prezident Donald Trampın İranla sülhə nail olmaq istiqamətindəki siyasətindən getdikcə daha çox narazılıq ifadə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ərəb və Qərb rəsmilərinə istinadən yazıb.
Qeyd olunur ki, bəzi Körfəz ölkələri ərazilərində böyük ABŞ hərbi bazalarının saxlanılmasının nə dərəcədə məqsədəuyğun olduğunu artıq şübhə altına almağa başlayıb. Hazırda ABŞ-nin Qətər və Bəhreyndə hərbi bazaları fəaliyyət göstərir.
Fars körfəzi ölkələrindən birinin nümayəndəsi bildirib.
“Bu müharibəni Tramp başladı, amma bunun əvəzini biz ödəyirik”, - nümayəndə deyip.
Onun sözlərinə görə, Vaşinqtonun siyasətindən narazılıq İranla müharibənin başlanmasından bəri ən yüksək həddə çatıb.
Yüksək vəzifəli avropalı rəsmi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış birgə müdafiə sazişini də xatırladıb. Onun fikrincə, bu razılaşma ABŞ-yə göndərilən “siqnaldır”.
Rəsmi bildirib ki, üç nüfuzlu sünni ölkə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıqlarını şaxələndirməyə çalışır. Onun sözlərinə görə, bu ölkələr hesab edirlər ki, yalnız ABŞ kifayət deyi”.
Ağ Ev isə Trampın Fars körfəzindəki bütün tərəfdaşlarla “müstəsna münasibətlərə” malik olduğunu bəyan edib. Bildirilib ki, ABŞ “Epik qəzəb” əməliyyatından əvvəlki dövrdən etibarən regiondakı bütün müttəfiqləri ilə müntəzəm əlaqə saxlayır.
Ağ Evdən əlavə edilib ki, İran indiyədək olduğundan daha böyük təcrid vəziyyətindədir.