BAKI, 8 avqust. TELEQRAF

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan və Azərbaycanın sülh prosesinin irəliləməsi üçün atdığı müsbət addımları alqışlayıb.

Teleqraf xəbər verir ki, o, bu açıqlamanı Ermənistan, Azərbaycan və ABŞ liderlərinin Vaşinqton sammitinin ildönümü münasibətilə "X" sosial şəbəkəsində verib.

Qrono yazıb: "Bu gün tarixi Vaşinqton Zirvə Görüşü və Ermənistan, Azərbaycan və ABŞ liderlərinin 8 avqust 2025-ci il tarixində keçirilən görüşünün bir ili tamam olur. Aİ tərəflərin sülh prosesini daha da institusionallaşdırmaq və irəlilətmək üçün son bir ildə atdığı bir sıra müsbət və konstruktiv addımları alqışlayır".