BAKI, 8 avqust. TELEQRAF
“2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilmiş Sülh Bəyannaməsi Azərbaycan və Ermənistan üçün dönüş nöqtəsi oldu”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ötən ilin mayında baş məsləhətçi Arye Laystoun İrəvana gəlib Prezident Trampın istəyinin bir ay ərzində (Azərbaycan və Ermənistan arasında) sülh sazişinə nail olmağımız olduğunu deyəndə, bizim hislərimiz eyni idi. Cavab verdik ki, əlimizdən gələni etməyə hazırıq. Və əlimizdən gələni etdik. Əlbəttə, bu, bir ay ərzində baş vermədi, amma təxminən iki ay ərzində baş tutdu. Bir daha vurğulamaq istəyirəm ki, 8 avqust Ermənistan və Azərbaycan üçün dönüş nöqtəsi oldu”, - Baş nazir bildirib.