BAKI, 8 avqust. TELEQRAF

“ABŞ Hörmüz boğazı ilə bağlı anlaşma memorandumunun müddəalarından birini pozub, İran buna cavab verib”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazında İrana məxsus neft tankerlərinə hücumlara Tehranın cavabı barədə danışarkən deyib.

“Amerikalılar Hörmüz boğazı ilə bağlı anlaşma memorandumunun müddəasını pozdular, biz də onlara cavab verdik”, - dövlət başçısı bildirib.

Pezeşkian həmçinin ABŞ ilə aparılan danışıqları “uğurlu proses” adlandırıb:

“Şübhə yoxdur ki, ABŞ İran İslam Respublikasının mövcud olmasını istəmir. Amma məhz bu danışıqlar ABŞ-ni bizimlə əməkdaşlıq etməyə məcbur etdi. Niyə özümüzü zəif göstərək və əldə etdiyimiz nailiyyətləri məhv edək?”.

Xatırladaq ki, İran bundan əvvəl Hörmüz boğazında üzən BƏƏ-yə məxsus neft tankerinə hava zərbələri endirib.