BAKI, 8 avqust. TELEQRAF

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen yalnız "Bandera dəstəsi" və sanksiyalarla maraqlanır və Avropaya laqeyd yanaşır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "X"də yazıb.

Obildirib ki, fon der Leyenin nə deməsindən asılı olmayaraq, Rusiya qaçılmaz olaraq qalib gələcək.

"O köhnə Ursulanın profilində Ukrayna bayraqları var. Bu, o deməkdir ki, o, Avropa ilə maraqlanmır: onu yalnız Bandera dəstəsi və sanksiyalar maraqlandırır. Aİ yaxşı vəziyyətdədir, elə deyilmi? O dəli ginekoloq nə deyirsə desin, Rusiya mütləq qalib gələcək!", - deyə o, yazıb.