BAKI, 8 avqust. TELEQRAF
“Müharibə ilə bağlı qərar qəbul etmək hökumətin səlahiyyətlərinə aid deyil”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Müharibə məsələsi hökumətin səlahiyyətində deyil. Belə vəziyyətlərdə hökumətin vəzifəsi lazımi təminatı təşkil etməkdir”, - o bildirib.
Pezeşkian müharibə şəraitində praktiki planlaşdırmanın vacibliyinə toxunaraq qeyd edib:
“Məsələn, heç kim dırmaşmaq istədiyi dağa neçə günə çatacağını, yolda nəyə ehtiyacı və necə təmin edilməli olduğunu bilmədən yola düşməyi planlaşdırmır. Bir işi görmək qərarına gələndə, onu necə həyata keçirəcəyinizi də bilməlisiniz”.