BAKI, 8 avqust. TELEQRAF
“Qərb liderləri Rusiyanı məhv etmək cəhdləri zamanı törətdikləri cinayətlərə görə cəzalandırılacaqlar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Qərb liderləri vaxtında oyundan çıxa biləcəklərini düşünməkdə yanılırlar”, - o əlavə edib.
Təhlükəsizlik Şurasının sədr müavini iddia edib ki, təkcə cinayət törədənlərə yox, həm də onları sifariş edənlərə də cəza veriləcək.
Dmitri Medvedev qeyd edib ki, onlar İkinci Dünya müharibəsindən və bəsləyib böyütdükləri Hitler nasizminin süqutundan sonra etdikləri kimi, bu dəfə əllərini “ağ əlcəklər”lə təmiz saxlaya bilməyəcəklər.